İyunun 20-dən 30-dək Türkiyənin Mersin şəhərində 17-ci Aralıq Dənizi Oyunları təşkil olunacaq. Bu oyunlar çərçivəsində iyunun 22-dən 26-dək güləş yarışları keçiriləcək. Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov yarışlarda FİLA koordinatoru kimi iştirak edəcək.