
Futbol üzrə milli komandamız Litva ilə yoldaşlıq matçında qüvvəsini sınayıb.
"Bakcell Arena” stadionunda keçirilən oyunda 90 dəqiqə ərzində hesab açılmayıb.
Qeyd edək ki, UEFA-nın təqvim reqlamentinə əsasən, hər iki komanda AVRO-2020-nin seçmə mərhələsində ikinci turu buraxıb. İlk turda Azərbaycan səfərdə Xorvatiyaya, Litva isə Lüksemburqa eyni hesabla uduzub - 1:2.