“Zədəyə görə narahat deyiləm”

“Zədəyə görə narahat deyiləm”



Avropa Çempionatının seçmə mərhələsinin Serbiya ilə səfər oyununda (1:1) zədələnən Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo zədəsindən danışıb. 34 yaşlı hücumçu zədəsinin ciddi olmadığını bildirib: "Bu zədəyə görə narahat deyiləm. Öz bədənimi tanıyıram. Düşünürəm ki, mənə təxminən 2 həftə vaxt lazımdır. Bundan sonra hər şey qaydasında olacaq". Qeyd edək ki, Serbiya ilə matçda sol ayaq əzələsini dartan "Yuventus"un forvardı 30-cu dəqiqədə öz istəyi ilə əvəzlənib.