Avro-2020: Favoritlərdən inamlı qələbə

Avro-2020: Favoritlərdən inamlı qələbə


Martın 26-da Avro-2020 seçmə mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib.
Dördqat dünya çempionu İtaliya millisi autsayder Lixtenşteyn seçməsini qəbul edib. Görüş italyanların böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0. "Skuadra Adzurra"ın heyətində Stefano Sensi (17), Marko Veratti (32), Quagliarella (35, 45 - hər ikisi penalti), Moise Kin (70) və Leonardo
Pavoletti (76) fərqləniblər. Bu qələbə sayəsində İtaliya millisi xalların sayını 6-ya çatdıraraq turnir cədvəlində birinci, Lixtenşteyn seçməsi isə sıfır xalla sonuncu - 6-cı yerdə qərarlaşıb.
Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

"D" Qrupu

İrlandiya - Gürcüstan - 1:0;

İsveçrə - Danimarka - 3:3.

"F" Qrupu

Rumıniya - Farer adaları - 4:1;

Norveç - İsveç - 3:3;

Malta - İspaniya - 0:2.

"J" Qrupu

Ermənistan - Finlandiya - 0:2;

Bosniya və Herseqovina - Yunanıstan - 2:2;

İtaliya - Lixtenşteyn - 6:0.