Avarçəkənimiz Portuqaliyadan gümüş medalla döndü

Avarçəkənimiz Portuqaliyadan gümüş medalla döndü

Portuqaliyada keçirilən baydarka və kanoedə avarçəkmə üzrə Avropa çempionatına yekun vurulub. Ölkəmizi bu yarışda təmsil edən avarçəkənimiz Valentin Demyanenko "A” finalında 41,726 saniyə nəticə göstərərək gümüş mükafata layiq görülüb. Keçən il Azərbaycan komandasında çıxış etmiş, hazırda isə Rusiyanı təmsil edən Andrey Kraytor (42,136 saniyə) bürünc medal qazanıb.