Güləşçilərimiz Avropa çempionatının finalına vəsiqə qazandılar

Güləşçilərimiz Avropa çempionatının finalına vəsiqə qazandılar


Monteneqronun Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.
Yarışların sonuncu günündə yunan-Roma güləşi üzrə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində pəhləvanlar qüvvələrini sınayırlar.
Güləşçimiz Niyazi Məmmədov (54 kq) ardıcıl olaraq Xorvatiya və İtaliyadan olan rəqiblərini mübarizədən kənarlaşdırsa da, yarımfinal görüşünü uğursuz başa vurub. Qeyd edək ki, bürünc medal uğrunda həlledici görüşdə güləşçimizin rəqibi Rusiya-Rumıniya cütlüyünün qalibi olacaq. 
Yarışa 1/8 final mərhələsindən başlayan Sənan Əlimirzəyev (63 kq) bütün rəqiblərindən üstün olaraq finala yüksəlməyi bacarıb. İdmançımız həlledici görüşdə ukraynalı həmkarı ilə qarşılaşacaq.
Güləşçimiz İslam Abbasov (76 kq) da finala qədər maneəsiz irəliləyib. Final qarşılaşmasında İslam Almaniya təmsilçisi ilə görüşəcək.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında Avropa çempionatında mübarizə aparan yunan-Roma güləşçilərimiz yarışların ilk gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.