«Mən Messinin Tanrı olduğuna inanmıram»

«Mən Messinin Tanrı olduğuna inanmıram»


Roma Papası Fransisk "Barselona"nın hücumçusu Lionel Messinin futbol Tanrısı adlandırılmasına münasibət bildirib. Yerli telekanallardan birində qonaq olan argentinalı din xadimi argentinalı superulduzun bu cür çağırılmasının düzgün olmadığını söyləyib: "Bu, nəzəri cəhətdən ola bilər. Ancaq belə danışmaq yolverilməzdir. Şəxsən mən Messinin Tanrı olduğuna inanmıram. Siz inanırsınız? İnsanlar onu Tanrı adlandıra bilərlər. Necə ki, bir-birilərinə "Səni sevirəm" deyirlər. Ancaq yalnız Tanrıya ibadət edirlər. Yəni, bu, sırf onların fikirləridir. "O, topla meydançada Tanrıdır" - bu, öz fikrini ifadə etmək üçün populyar vasitədir. Əlbəttə, Messi əla futbolçudur, amma Tanrı deyil".
Qeyd edək ki, Papa Fransisk Argentinanın "San-Lorenso" klubunun azarkeşidir.