Pele Mbappe ilə görüşdən sonra xəstəxanaya aparılıb

Pele Mbappe ilə görüşdən sonra xəstəxanaya aparılıb

Dünya futbolunun canlı əfsanəsi Pele növbəti dəfə xəstəxanaya yerləşdirilib. O, Parisdə sponsorluqla bağlı tədbirdə iştirak etdikdən və PSJ-nin futbolçusu Kilian Mbappe ilə görüşdükdən sonra qızdırması yüksəldiyi üçün xəstəxanaya aparılıb. 78 yaşlı sabiq hücumçunun sağlamlığı ilə bağlı təhlükənin olmadığı bildirilib. Qeyd edək ki, Pele son illərdə bir neçə dəfə müxtəlif problemlərdən xəstəxanaya yerləşdirilib.