Xatirə turnirinin qalibləri mükafatlandırılıb

Xatirə turnirinin qalibləri mükafatlandırılıb


Ağsu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Uşaq Gənclər İdman Məktəbi müəssisəsində Aprel döyüşlərində şəhid olan qəhrəman Azərbaycan oğullarının xatirəsinə həsr edilən yeniyetmə və kadetlər arasında sərbəst güləş növü üzrə xatirə turniri keçirilib. Turnirdə iki yaş qrupundan 36 nəfər idmançı iştirak edib. Yarış Olimpiya üsulu ilə keçirilib. Turnirdə hər çəki dərəcəsində I, II və III yerlərə layiq görülən idmançılara Gənclər və İdman İdarəsinin diplomları verilib.