Yeniyetmə güləşçilər Xaçmaza toplaşıbar

Yeniyetmə güləşçilər Xaçmaza toplaşıbar


Xaçmaz Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə zona yarışlarına start verilib.
2004-2005-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışların zona mərhələsində 14 komandanın tərkibində 200-ə yaxın idmançı mübarizə aparır.
Sumqayıt, Quba, Xaçmaz, Şabran, Siyəzən (iki komanda), Xızı, Şuşa, Şamaxı, Qobustan, Balakən, Zaqatala, Qax və Qəbələ kollektivlərinin iştirak etdiyi birincilik Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
İki gün davam edəcək yarışda güləşçilər 11 çəki dərəcəsi üzrə mübarizə aparırlar.
Zona mərhələsində qalib gələn idmançılar final mərhələsinə vəsiqə qazanacaqlar.