Aprelin 5-7-də Dağıstanın Kaspiysk şəhərində gənc yunan-Roma güləşçiləri arasında Surakat Asyatilovun xatirə turniri keçirilib. Yarışda gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında mübarizə aparan komandamızın heyətində Zaur Əliyev (55 kq) gümüş medal qazanıb. Ramin İsrayilov (67 kq) və Sərxan Məmmədov (130 kq) isə 5-ci yerlə kifayətlənib. Xatırladaq ki, beynəlxalq dərəcəli hakim Cəlal Bahadurov bu yarışda ədaləti qoruyub.