Səməd Məmmədli Berlində medala layiq görüldü

Səməd Məmmədli Berlində medala layiq görüldü

Almaniyanın paytaxtı Berlində keçirilən idman gimnastikası üzrə ənənəvi "Junior Team Cup” adlı beynəlxalq turnirdə ölkəmizi Səməd Məmmədli təmsil edib.
Beynəlxalq turnirdə 26 ölkədən 140 gənc gymnast qüvvəsini sınayıb. Gimnastımız Səməd Məmmədli həmyaşıdları arasında fərqlənərək, bürünc medala layiq görülüb. Onun çıxışı hakimlər tərəfindən 12.850 xalla qiymətləndirilib.
Digər təmsilçimiz Rüstəm Əhməd isə öz yaş kateqoriyasında dəstəli atda finala vəsiqə qazanıb. Yekun mərhələdə gənc gimnastımız 12.200 xalla yarışı 4-cü yerdə bitirib.