“Açıq Slovakiya Çempionatından qızıl medal

 “Açıq Slovakiya Çempionatından qızıl medal

Bratislava şəhərində təşkil edilən aerobika gimnastikası üzrə "Açıq Slovakiya Çempionatı” öz işinə yekun vurub.
15 ölkədən idmançıların iştirak etdiyi turnirdə ölkəmiz fərdi, qarışıq cütlük, üçlük və qrup çıxışlarında təmsil olunub. Millimizin üzvləri Mədinə Mustafayeva, Nərminə Hüseynova, Balaxanım Əhmədova, Vladimir Dolmatov və İmran İmranovun qrup proqramında icra etdikləri proqram onlara yarışların qızıl medalını (19.344) qazandırıb.
Gimnastlarımızın daha bir uğurlu çıxışı isə üçlük proqramında olub. Emil Quliyev, Elçin Məmmədov və V.
Dolmatov 19.800 xalla turnirin gümüş medalını boyunlarından asıblar. Qarışıq cütlükdə gimnastlarımız İmran və Mədinə 6-cı, fərdi çıxışlarda Elçin 5-ci, Nərminə isə 7-ci yerdə turniri başa vurublar.
9-11 yaşlı gimnastların mübarizəsində isə yeganə təmsilçimiz Məryam Topçubaşova fərdi proqramda çıxış edərək, qızıl medal qazanıb. Məryamın çıxışı hakimlər tərəfindən yüksək qiymətləndirilərək, 32 idmançı arasında 1-ciliyə layiq görülüb.