“Red Bull”un pilotu yenə də liderdir

“Red Bull”un pilotu yenə də liderdir


"Red Bull”un pilotu Sebastyan Fettel dünya çempionatının Kanadada təşkil edilən 7-ci mərhələsini müvəffəqiyyətlə başa vurub. Almaniyalı pilot karyerasında ilk dəfə Monrealda fəxri kürsünün ən yüksək pilləsində qərar tutub. Monreal yarışmasında Fettelin rəqibləri "Ferrari”nin lideri Fernando Alonso və "Mersedes”in qabaqcıl sürücüsü Lyuis Hemilton olub. Start xəttinə çıxan kimi sürətlə irəliləyən Fettel rəqiblərini üstələyərək finiş xəttinə birinci çatıb.
Dünya çempionatının 7-ci mərhələsinin nəticələrinə görə, "Red Bull”un pilotu Sebastyan Fettel yüksək nəticə ilə reytinq cədvəlində 1-ci yerdə qərarlaşıb. 2-ci yerdə "Ferrari”nin pilotu Fernando Alonso gedir. "Mersedes”in pilotu Lyuis Hemilton isə siyahıda üçüncüdür.