Rəqibinə tüpürən futbolçu cəzalandırıldı

Rəqibinə tüpürən futbolçu cəzalandırıldı


Almaniya Futbol İttifaqı (DFB) "Ştutqart"ın futbolçusu Santyaqo Askasibarı mövsümün sonuna kimi cəzalandırıb.
Buna səbəb 22 yaşlı yarımmüdafiəçinin Bundesliqanın XXIX turunda evdə "Bayer" (Leverkuzen) komandası ilə matçın 90-cı dəqiqəsində rəqib futbolçu Kay Xavertsin üzünə tüpürməsi olub. Askasibar bu hadisədən sonra birbaşa qırmızı vərəqə ilə cazalandırılaraq meydandan qovulub.
Bildirilib ki, DFB gənc yarımmüdafiəçini mayın 25-dək diskvalifikasiya edib.
Qeyd edək ki, Santyaqo Askasibar cari mövsüm Bundesliqada 27 oyunda meydanda olub. Mövsümün başa çatmasına 5 tur qalmış komanda 21 xalla 16-cı pillədə qərarlaşıb.