Atletika üzrə zona birinciliyinin qalibləri müəyyənləşib

Atletika üzrə zona birinciliyinin qalibləri müəyyənləşib


Lənkəran Olimpiya İdman Kompleksində məktəblilər arasında atletika üzrə respublika çempionatının zona birinciliyi başa çatıb.
İki gün davam edən yarışda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarının məktəb komandaları qələbə uğrunda mübarizə aparıblar.
Zona birinciliyində daha inamlı oyun nümayiş etdirən Lənkəran rayonunun Haftoni qəsəbə tam orta məktəbin komandası I, Biləsuvar rayonunun Xırmandalı kənd 1 nömrəli tam orta məktəbin komandası II, Salyan rayonunun Arbatan kənd tam orta məktəbin komandası III yeri tutub.
Zona yarışlarında I və II yerləri tutan komandalar respublika çempionatının final