Futbolçunun vəsiqəsi əlindən alındı

Futbolçunun vəsiqəsi əlindən alındı

"Spartak”ın Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyev yenidən Rusiya mətbuatının diqqətini çəkib. O, bu dəfə öz avtomobili ilə işıqforun qırmızı işığında keçdiyi üçün yol polisi tərəfindən saxlanılıb. Nəticədə onun sürücülük vəsiqəsi 4 aylıq əlindən alınıb. 
Xatırladaq ki, Ayaz Quliyev bir müddət əvvəl amerikalı vətəndaşı döydüyü üçün cərimə olunmuşdu.