“Niyə də “Barselona”ya qalib gəlməyək?”

“Niyə də “Barselona”ya qalib gəlməyək?”

"Ayaks”ın yarımmüdafiəçisi Frenk de Yonq bildirib ki, Çempionlar Liqasının finalında "Barselona” ilə qarşılaşmaq maraqlı olardı: "Çox istəyirəm ki, "Barselona” ilə finalda görüşək. Hələ ki, mən "Ayaks”ın heyətində çıxış edirəm. "Real”, "Yuventus” kimi güclü rəqibləri məğlub edə biliriksə, niyə də "Barselona”ya qalib gəlməyək? Gələcək komandama qarşı oynamaq böyük məsuliyyət tələb edir. Lakin biz Çempionlar Liqasının qalibi olmaq istəyirik.