Arzu Cəlilova “AGF Trophy” mükafatına layiq görülüb

Arzu Cəlilova “AGF Trophy” mükafatına layiq görülüb

Milli Gimnastika Arenasında yarışlar davam edir
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirində çoxnövçülük üzrə fərdi gimnastların mübarizəsinə yekun vurulub. 
Yarışların qızıl medalını Rusiyalı gimnast Anastasiya Simokova alıb. O, hakimlərdən ümumilikdə, 77.750 xal alıb. 
Gümüş medala 75.450 xalla İtaliya gimnastı Sofiya Raffaeli layiq görülüb. Digər Rusiya gimnastı isə 74.100 xalla bürünc medala sahib olub.   
"C” qrupunda yarışan azərbaycanlı gimnastlar Arzu Cəlilova və Nərminə Səmədova ip, gürz, top və lentlərdə hərəkətlərdə uğurla çıxış edərək finala vəsiqə qazanıblar. 
Arzu Cəlilova hakimlərdən ümumilikdə, 72.650 xal alıb və 6-cı yeri tutub.  Gimnastımız həm də ən yüksək icra xalına görə "AGF Trophy” mükafatı ilə təltif olunub. 
Nərminə Səmədovanın ümumilikdə topladığı xal isə 71.900 olub.