Bədii gimnastlar finallar uğrunda yarışırlar

Bədii gimnastlar finallar uğrunda yarışırlar


Bakıda bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Turnirdə dünyanın 20 ölkəsindən 130-a yaxın bədii gimnast mübarizə aparır. Yarışlarda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar medallar uğrunda həm fərdi, həm də qrup hərəkətləri proqramında yarışırlar.
Bu gün I AGF Junior Trophy beynəlxalq turnirinin ikinci günü start götürüb.
Aprelin 21-də ip, top, gürz və lentlə hərəkətlərdə fərdi proqramda, o cümlədən, komandalar arasında qrup hərəkətlərində (beş halqa və beş lent) qaliblərin adlarına aydınlıq gələcək.
Azərbaycanı finalda ip, top və lentlə hərəkətlərdə fərdi proqramda 2018-ci il Avropa çempionatının bürünc medalçısı Arzu Cəlilova, ip, top, gürz və lentlə hərəkətlərdə Nərminə Səmədova və beş halqa və beş lentlə qrup hərəkətlərində qrup komandamız təmsil edirlər.
Qeyd edək ki, Azərbaycan komandasının tərkibində Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Həcizadə, Millana Əkbərova və Fəridə Səfiyarzadə yer alıb.