Qrup komandamız qızıl medal qazanıb

Qrup komandamız qızıl medal qazanıb

Azərbaycanın gənclərdən ibarət qrup komandası halqalarla hərəkətlərdə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin qızıl medalını qazanıb.
Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız hakimlərdən 21.500 xal alaraq birinci olublar.
İkinci yeri İtaliya (21.500), üçüncü yeri Belarus (20.100) komandası tutub.
Məlumat üçün bildirək ki, qrup komandamız dünən çoxnövçülük üzrə (beş halqa və beş lent) qrup hərəkətlərində gümüş medal əldə edib.