Milli Gimnastika Arenasında yarışlar davam edir

Milli Gimnastika Arenasında yarışlar davam edir

Aprelin 27-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku yarışlarının ikinci gününə start verilib.
Əvvəlcə fərdi proqramda gürzlər və lent hərəkətlər üzrə təsnifat yarışları başlayıb. Azərbaycan təmsilçilərindən Zöhrə Ağamirova B, Veronika Qudis isə C qrupunda mübarizə aparırlar.
Fərdi gimnastların mübarizəsini qrup hərəkətləri komandası davam etdirəcək. Yığma komandalar üç halqa və iki cüt gürzlə hərəkətlərdə çıxışları yerinə yetirəcəklər.
Ölkəmizi qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.
Qeyd edək ki, turnirdə 25 qrup komandası və 70-dən çox gimnast mübarizə aparır. Qalib adı uğrunda ümumilikdə 39 ölkədən 200-dən çox gimnast yarışır.