Yunan-Roma güləşi üzrə yığma komandamızın Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir.
Aprelin 24-dən start verilən hazırlıq prosesində baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli, eləcə də gənclərdən ibarət yığmanın böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi ilə 30-a yaxın güləşçi iştirak edir. Gənclərin də daxil olduğu geniş heyət gündə üç dəfə məşq edir. Gündüz fiziki hazırlığa diqqət yetirilirsə, axşam əsasən taktiki-texniki çalışmalara üstünlük verilir.
Qeyd edək ki, Göygöl toplanışı mayın 8-dək davam edəcək. Daha sonra millimiz mayın 10-dan 12-dək Ukraynada keçiriləcək beynəlxalq turnirdə çıxış etmək üçün Kiyevə yollanacaq.