Dünya kuboku yarışlarında finalçılar bəlli oldu

Dünya kuboku yarışlarında finalçılar bəlli oldu

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku turnirinin final yarışları keçirilir. 
Halqa və topla hərəkətlərdə qalib və mükafatçıların adlarına aydınlıq gəlib. Bu yarışlarda qızıl medala rusiyalı gimnast Dina Averina (22.000 xal) layiq görülüb. 
 İsrail gimnastı Linay Aşram (21,850 xal) gümüş, amerikalı Laura Zenq (20,350 xal) bürünc medala sahib olublar. Gimnastımız Zöhrə Ağamirova finalda halqa ilə hərəkətlərdə 16,850 xal toplayıb. Təmsilçimiz bu nəticə ilə səkkizinci yeri tutub.
Linay Aşram topla hərəkətlərdə isə 21.750 xal toplayaraq Dünya kubokunun qalibi olub. Dina Averina (21ş100 xal) ikinci, Belarus təmsilçisi Katerina Qalkina (20.500 xal) üçüncü yerə layiq görülüblər.
Ötən gün keçirilən çoxnövçülük yarışlarında fərdi proqramda ilk üçlükdə Dina Averina, Arina Averina (Rusiya) və Vlada Nikolçenko (Ukrayna) qərarlaşıblar. Qrup hərəkətləri proqramında isə Yaponiya millisi qızıl, Rusiya yığması gümüş, Bolqarıstan təmsilçiləri isə bürünc medallara sahib olublar.