İyulun 10-16 Rusiyanın Kazan şəhərində Tələbələrin 27-ci Ümumdünya Universiadası yarışları keçiriləcək.Ölkəmizi bu yarışda təmsil edəcək sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamızın üzüvləri yarışlara daha yaxşı hazırlaşmaq üçün Belarusun paytaxtı Minsk şəhərinə yollanıblar. Məşqçilər korpusunun rəyinə əsasən komandamız iyunun 23-dən iyulun 8-dək Minskdə Belarus yığma komandası ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.
Baş məşqçi əvəzi Maqomed Aliomarov, böyük məşqçi Firdovsi Umudov, məşqçilər David Kurtsiya və Semyon Çterovun başçılığı altında 14 güləşçi təlim-məşq toplanışında iştirak edəcək. Komandanın heyətində Mahmud Məhəmmədov, Yaşar Əliyev (hər ikisi 55 kq), Hacı Əliyev (60 kq), Ağahüseyn Mustafayev, Ruslan Dibirhacıyev (hər ikisi 66 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev, Aleksandr Qostiyev (hər ikisi 84 kq), Hacı Şərifov, Şərif Şərifov, Xetaq Qazyumov (hamısı 96 kq), Cəmaləddin Məhəmmədov, Aslan Dzebişov (hər ikisi 120 kq) yer alıblar.