XXII Qış Olimpiadasının alovu kosmik məşəllə yandırılacaq

XXII Qış Olimpiadasının alovu kosmik məşəllə yandırılacaq

Soçi-2014 Qış Olimpiya Oyunlarının alovu kosmosdan gələn məşəllə yandırılacaq. Bu barədə məlumatı Soçi-2014 Qış Olimpiya Oyunları Təşkilat Komitəsinin prezidenti Dmitrii Çernışenko verib.
"Bizim məşəlin nadir quruluşu onun istənilən şəraitdə alovlanmasına kömək edəcək. Təhlükəsizlik tədbirlərinə uyğun olaraq, biz məşəli kosmosda yandırmayacağıq. Lakin elə edəcəyik ki, XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində alovu həmin məşəllə yandıraq”.
Qeyd edək ki, Soçi-2014 Olimpiadasına qədər məşəl iki kosmonavtın köməyi ilə açıq kosmosa çıxarılacaq.