Kiyevdə Ukraynanın tanınmış güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən beynəlxalq turnirə yekun vurulub.
Yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə yığmamız 4 medal qazanıb. Sakit Quliyev (60 kq) gümüş, Murad Bazarov (60 kq), Kərim Cəfərov və Elman Muxtarov (hər ikisi 67 kq) isə bürünc medalın sahibi olublar.
Bununla da millimizin qazandığı medalların sayı 6-ya çatıb. Belə ki, yarışın ilk günündə Sənan Süleymanov (72 kq) qızıl, Zamir Məhəmmədov (97 kq) isə bürünc medal əldə etmişdi.
Xatırladaq ki, Memorialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyub.