Mayın 18-19-da Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən idman mütəxəssisi Mais Şeydabəyovun xatirəsinə həsr olunmuş veteranlar arasında Azərbaycan çempionatı keçiriləcək. Çempionat şəxsi xarakter daşıyır. Yarışın qalibləri Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılacaqlar. Çempionat mayın 18-də Federasiyanın idman zalında başlayacaqdır.