Monteneqronun Bar şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatı başa çatıb.
Çempionatın son iki gününü də uğurla başa vuran Azərbaycanın yunan-Roma güləşi yığması vətənə qayıdıb.
Yığma komandanın üzvlərini Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılayıblar.
Yeniyetmələrdən ibarət yunan-Roma güləşi komandasını Monteneqroda böyük məşqçi Nurəddin Rəcəbov müşayiət edib.
Qeyd edək ki, Avropa çempionatında 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yeniyetmə yunan-Roma güləşçilərimiz 61 xalla Avropa çempionatının ikincisi olublar. Yığmamız yalnız Rusiya pəhləvanlarından (69 xal) geri qalıblar.
olimpnews.az