Bu gün Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatı keçirilir. Çempionatda dünyanın 35 ölkəsindən gimnastlar qüvvələrini sınayırlar.
Martın 16-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXXV Avropa çempionatının açılış mərasimi keçirildi.
Əvvəlcə səhnəyə iştirakçı ölkələrin bayraqları gətirildi.
Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov Avropa çempionatının açılış mərasimində çıxış etdi. UEG-in prezidenti mərasimi giriş sözü ilə açaraq dedi: "Bu gün dördüncü dəfədir ki, Azərbaycanda bədii gimnastika üzrə Avropa çempionatı keçirilir. Həmişə olduğu kimi bu yarış da çox yüksək səviyyədə təşkil olunub. Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban xanım Əliyevaya, Təşkilat Komitəsinin bütün üzvlərinə, könüllülərə, gimnastika azarkeşlərinə öz minnətdarlığımızı bildiririk”.
Fərid Qayıbov yarışları açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndi. Himnimiz Əməkdar artist Sevda Ələkbərzadənin ifasında səsləndi.
Sonra Azərbaycan gimnastika ustalarının ifasında "Bizim qəhrəmanlar” adlı şou nümayiş etdirildi.
Şounun mənası belədir ki, bir zamanlar paralel dünyada iki qardaş – Su adam və Alov adam bir oyun oynayırlar. Bu oyun zamanı Su adam qardaşına qalib gələrək 8 medal qazanır.
8 medal Avropa çempionatının 8 dəst medalını əks etdirir.
Qəhrəmanlar:
Water man- Su adam
Flame man- Alov adam
Rock man-Qaya adam
Muscle man- Əzələ adam
Shoot man- Atıcı adam
Rhythmic man-Ritmik adam
Secret man-Sirr adam
Doc man- Həkim adam.
Avropa çempionatında ölkəmizi Zöhrə Ağamirova, Veronika Qudis, Mədinə Əsədova, Ləman Alımuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.
Yarışlara mayın 19-da yekun vurulacaq.