XXXV Avropa çempionatında gərgin mübarizə davam edir

XXXV Avropa çempionatında gərgin mübarizə davam edir

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı tam gərginliyi ilə davam edir.
Yarışların 3-cü gnünündə böyük gimnastlar fərdi proqramda gürzlər və lentlə çıxış edirlər. Ölkəmizi bu proqramda Zöhrə Ağamirova və Veronika Qudis təmsil edirlər.
Sonra gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülük yarışlarında beş lentlə çıxış edəcəklər.
Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edəcəklər. Çempionatda Avropa çempionatının sıra sayı ilə bərabər olaraq 35 ölkədən gimnastlar mübarizə aparırlar. 
Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.