Erməni əsilli gimnastlar: “Azərbaycan təhlükəsiz ölkədir”

Erməni əsilli gimnastlar: “Azərbaycan təhlükəsiz ölkədir”

Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında erməni idmançılar da mübarizə aparırlar.
Rusiya millisinin heyətində yarışan Qarsevan və Duxik Canasyan bacı-qardaşları jurnalistlərə verdikləri açıqlamada Azərbaycanın tamamilə təhlükəsiz ölkə olduğunu bildiriblər.
Qarsevan Canasyan deyib: "Hər şey yaxşıdır. Azərbaycan təhlükəsiz ölkədir. Bizi hər şey qane edir Azərbaycanda bizə heç bir təzyiq yoxdur. Bakı çox gözəl şəhərdir. İstidir, yağış yoxdur. İnsanlar çox ünsiyyətcil və həyatsevərdilər”.
Duxik Canasyan: "Həm yarış şəraiti, həm də təhlükəsizlik baxımından təşkilatçılıq əladır. Milli Gimnastika Arenasında idman və məşq zalı mükəmməldir. Burada əsil idman atmosferi var. Bakı gözəl şəhərdir. Xüsusən də, İçəri Şəhərə daxil olan kimi sanki başqa əsrə düşüb, keçmişə qayıdırsan. Yerli əhali çox mehribandır. Burada müraciət edəndə hamı kömək etməyə çalışır. İdman siyasətdən ayrı olmalıdır”.