Aerobika üzrə gənclərdən ibarət komandamız finala vəsiqə qazanıb

Aerobika üzrə gənclərdən ibarət komandamız finala vəsiqə qazanıb

Bu gün Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatına start verilib.
Qitə çempionatında 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast mübarizə aparır. Gimnastlar fərdi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında qüvvələrini sınayırlar.
Yarışların ilk günü təsnifat, son günü isə final yarışları keçiriləcək.
Azərbaycanın gənclərdən ibarət komandası Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının aerodans proqramında uğurla çıxış edərək finala vəsiqə qazanıb.
Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova, Eleonora Yusifovadan ibarət komanda 15,300 xal toplayıb.