“Böyük mükafat” ın təqvimi dəyişə bilər

“Böyük mükafat” ın təqvimi dəyişə bilər

"Formula-1” yarışlarının promouteri Berni Ekklstoun hesab edir ki, yaxın zamanlarda "Böyük mükafat” ın təqvimində əsaslı dəyişikliklər olacaq. Məsələn, iqtisadi böhrana görə "Formula-1” yarışlarının İtaliya Qran-pri mərhələsi ləğv oluna bilər. "Düşünürəm ki, yarışların Avropa mərhələlərindən bir neçəsi dayandırılacaq. Biz daha çox inkişaf etməkdə olan bölgələrə üstünlük verəcəyik. Avropanın bəzi ölkələrində maddi vəziyyət o qədər də yaxşı deyil. Məsələn, əgər biz Monts mərhələsini ləğv edəcəyiksə, bu, sırf maddi vəziyyətlə bağlı olacaq”,- deyə Ekklstoun bildirib.