Mayın 31-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyi keçiriləcək.
Yarışda 8 komandadan 100-dən çox atlet iştirak edəcək.
Çempionatda atletlər 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x100 metr məsafəyə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə, lövhə atma, nizə atma yarışlarında qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarışa iyunun 1-də yekun vurulacaq.