Dünya kubokunda 100-dən çox idmançı mübarizə aparacaq

Dünya kubokunda 100-dən çox idmançı mübarizə aparacaq

İyunun 6-dan 10-dək Abşeron Olimpiya İdman Kompleksində mas-restlinq üzrə dünya kuboku yarışları keçiriləcək.
Turnirdə Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Pakistan, Rusiya, Slovakiya, Türkmənistan, Özbəkistan, Ukrayna və Finlandiya idmançıları iştirak edəcəklər.
Yüzdən çox idmançının iştirak edəcəyi yarışın açılış mərasimi iyunun 8-də olacaq.