64 idmançı arasında 4-cü yer

64 idmançı arasında 4-cü yer


Triatlon üzrə Azərbaycan yığma komandasının üzvü Rostislav Pevtsov Hollandiyanın Veert şəhərində keçirilən Avropa çempionatında dördüncü yeri tutub.
R.Pevtsov 1500 metrlik su məsafəsini 16 dəqiqə 13 saniyəyə başa vurub. Ardınca 40 kilometrlik velodistansiyanı 48 dəqiqə 4 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 10 kilometrlik qaçış zolağını idmançımız 30 dəqiqə 9 saniyəlik nəticə ilə başa vurub. Ümumi hesabda R.Pevtsov 1 saat 36 dəqiqə 3 saniyəlik göstərici ilə dördüncü yerdə qərarlaşıb.
Altmış dörd idmançının mübarizə apardığı turnirin qalibi britaniyalı Alister Braunli olub.
Avropa çempionatında çıxış edən yığmamızın digər üzvü Kseniya Levkovskaya isə finişə 23-cü çatıb.