Akrobatika üzrə ölkə birinciliyi keçiriləcək

Akrobatika üzrə ölkə birinciliyi keçiriləcək

İyunun 8-9-da Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı ölkə birinciliyi və paytaxt çempionatı təşkil olunacaq.
İki gün davam edəcək yarışa idman gimnastları start verəcəklər. İştirakçılar yarışlar ərzində böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar və kiçiklər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.
Akrobatlar isə yeniyetmələr, uşaqlar və balacalar yaş kateqoriyasında yer alaraq, qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında yarışacaqlar.
Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbi, "Ocaq Sport”, "Neftçi” klubları, Nizami rayonu idman məktəbi, Sumqayıt və Balakəni təmsil edəcək.