Zona yarışlarının final mərhələsinin qalibləri müəyyənləşdi

Zona yarışlarının final mərhələsinin qalibləri müəyyənləşdi

XII Respublika Oyunlarında yeniyetmələr arasında stolüstü tennis üzrə zona yarışlarının final mərhələsi keçirilib.
Göyçayda təşkil olunan yarışda qızlar arasında "Sumqayıt-2” komandası fəxri kürsünün ən yüksək pilləsində yer alıb. "Sumqayıt-1” və "Şəki” komandaları ilk üçlükdə qərarlaşıblar.
Oğlanların mübarizəsində isə 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası ən yüksək nəticə göstərib. "Sumqayıt-1” və "Sumqayıt-2” komandaları ikinci və üçüncü yerləri tutublar.