Millimiz qitə çempionatında iştirak edir

Millimiz qitə çempionatında iştirak edir


İyunun 10-da Ukraynanın Odessa şəhərində universal döyüş idman növü üzrə Avropa çempionatı start götürüb. Yığma komandamız qurumun prezidenti, Qitələrarası Universal Döyüş Federasiyasının birinci vitse-prezidenti Azər Həsənovun rəhbərliyi altında yarışda iştirak edir.
Avropa Universal Döyüş Federasiyasının prezidenti Natiq Əliyevin başçılığı ilə keçirilən qitə birinciliyinin baş katibi Aydın Abdullazadə, baş hakimi isə bolqarıstanlı İvan Tanevdir.
Qitə çempionatı iyunun 17-dək davam edəcək.