Bakıda təşkil olunan Dünya kuboku yarışına yekun vurulub

Bakıda təşkil olunan Dünya kuboku yarışına yekun vurulub


Abşeron Olimpiya İdman Kompleksində keçirilən mas-restlinq üzrə dünya kubokunun birinci mərhələsinə - açıq Avropa çempionatına yekun vurulub.
Turnirdə Azərbaycan, Gürcüstan, Benin, Hindistan, Toqo, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Pakistan, Rusiya, Slovakiya, Türkmənistan, Özbəkistan, Ukrayna və Finlandiyadan 200 idmançı iştirak edib. Yarışlarda Rusiya komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qırğızıstan komandası isə gümüş medalla kifayətlənib. İlk üçlüyü Özbəkistan yığması tamamlayıb. Azərbaycan millisi komanda hesabında dördüncü olub.
Turnir Gənclər və İdman Nazirliyi, Beynəlxalq və Azərbaycan Mas-Reslinq federasiyaları tərəfindən təşkil edilib.