Stolüstü tennisçilərimiz Çində hazırlıq keçəcəklər

Stolüstü tennisçilərimiz Çində hazırlıq keçəcəklər


Stolüstü tennis üzrə yenietmə idmançılarımız Çin Xalq Respublikasının Hebei vilayətində təlim-məşq toplanışında iştirak edəcəklər.
Komandamız məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi altında iyunun 22-dək hazırlıq prosesi keçəcəklər. Stolüstü tennisçilərimiz təlim-məşq toplanışı başa çatdıqdan sonra iyunun 24-27-də Çində beynəlxalq turnirdə iştirak edəcəklər.