Ağasif Səmədov: “Qələbə üçün bütün gücümüzü səfərbər edəcəyik ki, Minskdən medalla qayıdaq ”

Ağasif Səmədov: “Qələbə üçün bütün gücümüzü səfərbər edəcəyik ki, Minskdən medalla qayıdaq ”

Tarixi günlərə az qalıb. İnanıram ki, biz də bu tarixə adımızı yazdıra biləcəyik. Bu sözləri Olimpnews.az saytına açıqlamasında Minsk-2019-un sambo yarışlarında ölkəmizi təmsil edəcək Ağasif Səmədov deyib.
"II Avropa Oyunlarına artıq az bir vaxt qalıb. Həyəcan yoxdur. Amma bu o demək deyil ki, yarışa etinasız yanaşırıq. Əksinə, Qələbə üçün bütün gücümüzü səfərbər edəcəyik ki, Minskdən medalla qayıdaq”, - deyə Ağasif Səmədov bildirib.