Paytaxt çempionatına start verilib

Paytaxt çempionatına start verilib

İyunun 16-da Şağan Olimpiya İdman Kompleksində Braziliya ciu-citsusu üzrə Bakı çempionatına start verilib.
Yeniyetmələr, gənclər və kişilər arasında keçirilən yarışda paytaxtın idman klublarında 100-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparır.
Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cui-Citsu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.