Amerikalı futbolçu iki döyüşçünü xüsusilə fərqləndirdi

Amerikalı futbolçu iki döyüşçünü xüsusilə fərqləndirdi

Yeddiqat Super Bowl çempionu Tom Bredi UFC tarixindəki iki ən böyük döyüşçünün adını çəkib.

"Ən böyük? Con Cons və Həbib Nurmaqomedov. Hər ikisini sevirəm", - deyə Bradi jurnalist Nina Dramanın "Kick" platformasındakı yayımı zamanı bildirib.

Qeyd edək ki, Con Cons 2008-ci ildən 2024-cü ilə qədər peşəkar yarışlarda iştirak edib. Onun 28 qələbə rekordu var. Həbib Nurmaqomedov 29 dəfə döyüşün hamısında qalib gəlib.