Braziliyalı veteran MMA döyüşçüsü Geronimo dos Santosun Amazon çayında üzərkən boğulub. Olimpnews.az xəbər verir ki, hadisə dekabr ayının 14-də Manaus şəhəri yaxınlığında, Amazon çayının ən böyük sol qolu olan Rio Negro çayında baş verib. Şahidlər ona kömək etməyə çalışsalar da, bu cəhd uğursuz olub. Onun cəsədi çayın dibində aşkar olunub.
Qeyd edək ki, 45 yaşlı "Mondragon" ləqəbli Geronimo dos Santos MMA-da ağır çəki dərəcəsində 44 qələbə və 25 məğlubiyyətlə yadda qalıb.
Braziliyalı MMA döyüşçüsü Amazonda boğulub


