Restlinq dünyasının əfsanələrindən biri olan “Con Sena” ləqəbli Con Feliks Entoni Sena Jr dünən vida görüşünə çıxıb.
Olimpnews.az xəbər verir ki, 48 yaşlı amerikalı Vaşinqtonda keçirilən “WWE Saturday Night” XLII yarışına çıxıb. Rəqibi Günter ilə son döyüşündə boğucu fəndə tab gətirə bilməyib. Rinqi məğlubiyyətlə tərk edən Sena idman ayaqqabılarını rinqdə qoyub. Sena WWE yarışlarında debütünü 27 iyun 2002-ci ildə edib. Böyük Dəbilqə çempionu karyerası ərzində 17 rekorda yiyələnib.


