Xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçılar müəyyənləşdi 

Xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçılar müəyyənləşdi 

"Şahdağ" Turizm Mərkəzində keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçıların adlarına aydınlıq gəlib. 
Olimpnews.az xəbər verir ki, böyüklərin sprint yarışında kişilər arasında rusiyalı Nikita Filippov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ilk pilləsinə yüksəlib. Tomas Bussar (İsveçrə) ikinci, Martines Ferrer (İspaniya) üçüncü olub. 
Qadınların mübarizəsində isə Marianne Fatton (İsveçrə) Avropa çempionu adını qazanıb. İtaliyalı  Julia Murada gümüş, almaniyalı  Tatyana Paller isə üçüncü yerlə kifayətlənib.
Qaliblərin mükafatlandırma mərasimi bu gün saat 18:00-da keçiriləcək.