Komandamız qarşıdakı yarışlara Çində hazırlaşır

Komandamız qarşıdakı yarışlara Çində hazırlaşır


Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması Çində təlim-məşq toplanışında iştirak edir.
Məşqçilər Ramil Cəfərovun və Elnur Hidayətzadənin rəhbərliyi ilə keçirilən hazırlıq prosesi iyunun 22-dək davam edəcək.
Təlim-məşq toplanışı Çində keçiriləcək beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır. Stolüstü tennisçilərimiz iyunun 24-27-də Çin Xalq Respublikasının Hebei vilayətində təşkil olunacaq beynəlxalq turnirdə güclərini sınayacaqlar.