Mişel Platini sərbəst buraxılıb

Mişel Platini sərbəst buraxılıb


Fransa polisi tərəfindən saxlanılmış Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sabiq prezidenti Mişel Platini dindirildikdən sonra sərbəst buraxılıb.
Dindirilmə bir neçə saat çəkib. Platini iyunun 18-də 2022-ci il dünya çempionatına ev sahibliyi edəcək ölkənin seçkisində korrupsiya haqqında iş üzrə saxlanılmışdı.
Xatırladaq ki, 2022-ci il futbol üzrə dünya çempionatını keçirmək hüququnu Qətər qazanıb. Sonradan bəzi futbol məmurları Qətər nümayəndələrini səslərin satın alınmasında ittiham ediblər. Lakin Beynəlxalq Futbol Federasiyasının təhqiqatı nəticəsində rüşvət faktları aşkarlanmayıb. France Football jurnalı 2013-cü ildə yaydığı məlumata görə, Qətərin seçkilərdə qələbəsini Fransanın ovaxtkı prezidenti Nikola Sarkozi və Platini təmin edib.
UEFA-ya səkkiz il başçılıq etmiş Mişel Platini 2015-ci ilin sonlarında bu vəzifədən azad edilib və futbol fəaliyyətindən 8 il müddətinə uzaqlaşdırılıb.